Вернуться назад Распечатать

Bakıdakı partlayışla bağlı TƏBİB məlumat yaydı

 Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.


Bu barədə Axar.az-a TƏBİB-dən bildirilib.


Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.


Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.