Вернуться назад Распечатать

Bakı-Tiflis-Ankaranın nümunəvi əməkdaşlığı... - Fidan

 Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı daha çox əməkdaşlıq etməklə səmərəliliyi artıracağıq.


1xeber.media Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbul Konqres Mərkəzində təşkil olunan “Qlobal nəqliyyat dəhlizləri” Forumunda çıxışında deyib.


O bildirib ki, Rusiya-Ukrayna müharibəsi və artan geosiyasi risklər qarşısında Orta Dəhlizin əhəmiyyəti daha da artıb:


"Bu xətt iqtisadi inkişaf və ticarətin şaxələndirilməsi üçün imkanlar yaradır".


Nazirin sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu bu marşrutun mühüm tərkib hissəsidir.


Diplomat əlavə edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun Orta Dəhlizin mühüm komponentinə çevrilməsi Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı nümunəvi üçtərəfli əməkdaşlığın nəticəsidir.