Вернуться назад Распечатать

Bahadır Mahmudova yeni vəzifə verildi

 Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.

1xeber.media xəbər verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub.

STM-in direktor müavini Ramin Qasımov yeni baş həkimi xəstəxananın kollektivinə təqdim edib.

Qeyd edək ki, B.Mahmudov bu təyinatadək 3 nömrəli Xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.