OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterinburq şəhərində Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.
OMON-çular onların ailə üzvlərini, o cümlədən Bakir Mehdi oğlu Səfərovu da saxlayıb.
***
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
1xeber.media Modern.az-a istinadən mərhum qardaşların və saxlanılan B. Səfərovun fotosunu təqdim edir