Вернуться назад Распечатать

Anar Ələkbərov FIA Senatına üzv seçildi

Anar Ələkbərov FIA Senatına üzv seçildi

1xeber.media xəbər verir ki,Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

Senat FIA-nın idarəedici orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.