Вернуться назад Распечатать

DVX "Gəncə Memorial Hospital"da ƏMƏLİYYAT KEÇİRDİ

"Gəncə Memorial Hospital" MMC-yə qarşı operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyaları tətbiq edilib.

1xeber.media 32gun.az-a istinadla  xəbər verir ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqaviləsinin bağlanmaması ilə bağlı tərtib olunmuş AKT-a əsasən müəssisə 6000 manat məbləğində cərimələnib.

Eyni zamanda, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı üzrə də 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Əldə etdiyimiz digər məlumata görə, MMC-nin dövlət büdcəsinə olan vergi borcu 112401.12 manat təşkil edir.

Şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Vüsal Sadıqov Şahbaz oğludur.