Вернуться назад Распечатать

Rusiyanın Odessaya endirdiyi zərbə nəticəsində ölənlər var

1xeber.media xəbər verir ki, Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər Rusiyaya məxsus pilotsuz təyyarənin çoxmərtəbəli binada mənzilə çırpılması nəticəsində ölən ər-arvadın cəsədlərini tapıblar.

Regional administrasiyanın məlumatına görə, daha altı nəfər xəsarət alıb: dörd böyük və iki uşaq (yeddi və üç yaşlı).

Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, pilotsuz təyyarənin 21 mərtəbəli binaya zərbəsi 7, 8 və 9-cu mərtəbələrdə yanğına səbəb olub. Sakinlər mənzillərində sıxışıb qalıblar.