Çox uzun müddətdir müzakirə edilən Ukraynanın Avropa Birliyinə (Aİ) mümkün üzvlüyü bütün birlik üçün fəlakətli olacaq, çünki bu, onun iqtisadi siyasətinə və təhlükəsizliyinə xələl gətirəcək.
1xeber.media xəbər verir ki, bunu Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç deyib.
O, X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) qeyd edib: "Ukraynanın üzv olması Aİ üçün iqtisadiyyat və təhlükəsizlik baxımından mütləq fəlakət olardı".
O əlavə edib ki, hazırda Ukraynanın Aİ-yə daxil olmasına açıq şəkildə yalnız Macarıstan etiraz edir və yalnız Slovakiya bunu dəstəkləyir.