Вернуться назад Распечатать

İran uçuş qadağasının müddətini uzatdı

İran beynəlxalq aviareyslər üçün hava əlaqəsini qismən bərpa edib.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin Yol və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əhvan məlumat verib.

“Ölkənin mərkəzi bölgəsi və qismən qərb hissəsi üzərində beynəlxalq mülki aviasiya reysləri üçün hava məkanı yenidən açılıb”, - Əhvan qeyd edib.

Qeyd edək ki, İsrail iyunun 13-də hərbi əməliyyata başladıqdan sonra İran hava məkanını bağlamışdı.

***

İranın şimal, cənub və qərbində hava məkanında uçuş qadağası iyunun 29-na, Bakı vaxtı ilə saat 14:30-a qədər uzadılıb.

Bu barədə İran Yollar və Şəhərsalma Nazirliyi məlumat yayıb.