İsrail hökuməti dövlət tərəfindən maliyyələşdirilən bütün təşkilatlara "Haaretz" qəzeti ilə ticarəti dayandırmaq və qəzetdən reklamı geri götürmək barədə göstəriş verən təklifi təsdiqləyib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Hökumət bildirib ki, bu qərara qəzetdə yayımlanan və İsrail dövlətinin legitimliyini və özünümüdafiə hüququnu sarsıdan bir çox məqalə səbəb olub.
Nazirlər Kabinetinin iclasının gündəliyinə son anda əlavə edilən təklif İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən bəyənilib.
Buna cavab olaraq "Haaretz" belə bir bəyanat yayımlayıb:
“Hökumətin bugünkü iclasında heç bir hüquqi baxış keçirilmədən qəbul edilən "Haaretz"i boykot etmək üçün fürsətçi qətnamə Netanyahunun İsrail demokratiyasını dağıtmaq yolunda növbəti addımdır. Dostları Putin, Ərdoğan və Orban kimi, Netanyahu da tənqidçi medianı susdurmağa çalışır".