Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanılması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır.
1xeber.media xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Yekaterinburqdakı hadisəni şərh edərkən Teleqram kanalında yazıb.
“Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”, - Markov vurğulayıb.
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.