Вернуться назад Распечатать

Tramp ABŞ Federal Ehtiyat Sisteminin sədrini axmaq adlandırıb

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli faiz dərəcələrini aşağı salmaqdan imtina etdiyi üçün axmaq adlandırıb.

1xeber.media xəbər verir ki, siyasətçi bu barədə Fox News-a müsahibəsində bildirib.

"Bizim FED-də axmaq adamımız var... Biz bir və ya iki faiz səviyyəsində olmalıyıq", - Ağ Ev rəhbəri deyib.

Tramp əlavə edib ki, FED-in hazırkı sədri Pauellin yerinə üç namizədi var.

Bundan əvvəl FED sədri Cerom Pauel Ağ Evin tətbiq etdiyi tariflərin yaxın gələcəkdə inflyasiyanın əhəmiyyətli dərəcədə artmasına səbəb olacağını bildirmişdi.

Amerika lideri daha sonra Paueli “çox siyasiləşmiş oğlan” və “çox axmaq adam” adlandıraraq, funksioneri əvəz etmək üçün üç-dörd namizədi nəzərdən keçirdiyini əlavə edib.