Вернуться назад Распечатать

Aluştada quru ot yanğınının sahəsi 5 hektara qədər artıb

Krım Respublikasının Aluşta şəhərində quru ot yanğınının sahəsi 5 hektara çatıb.

1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın region üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Güclü külək və çətin relyefə görə yanğının sahəsi 5 hektara çatıb. Yanğının daha da genişlənməsinə imkan verilməyib, yaşayış məntəqəsi üçün təhlükə yoxdur", - deyə idarə öz Telegram kanalında əlavə edib.

Yanğının söndürülməsinə ümumilikdə 225 nəfər və 33 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin iki Mi-8 helikopteri cəlb edildiyi bildirilir.