ABŞ prezidenti Donald Tramp ictimai qınaqdan sonra amerikalı milyarder İlon Maskı əla oğlan adlandırıb.
1xeber.media xəbər verir ki, Siyasətçi bu barədə Fox News-a müsahibəsində bildirib.
"Mən hesab edirəm ki, Elon əla oğlandır və bilirəm ki, o, həmişəlik yaxşı olacaq", - Ağ Evin rəhbəri bildirib.
ABŞ prezidenti əlavə edib ki, seçki kampaniyası zamanı İlon Maskın dəstəyini xatırlayır.
Mask və Tramp arasında münaqişə iyunun əvvəlində iş adamının ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefası fonunda baş verib. O, Ağ Ev rəhbərinin federal xərclərin azaldılması ilə bağlı qanun layihəsini, həmçinin prezidentin təklif etdiyi dövlət büdcəsini tənqid edib.
İlon Mask daha sonra ABŞ prezidenti ilə bağlı sosial şəbəkələrdə dərc etdiyi yazılara görə peşman olduğunu bildirib. O, hardasa çox uzağa getdiyini etiraf edib.