Вернуться назад Распечатать

Sabahdan Azərbaycanda bu nikahlar qadağan edilir

 Sabahdan Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.

1xeber.media xəbərinə görə, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.