Вернуться назад Распечатать

Slovakiyanın xarici işlər naziri Blanar Rusiya ilə dialoqu bərpa etməyə çağırıb

Qərb ölkələri Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Rusiya ilə birbaşa dialoqu bərpa etməlidir.

1xeber.media xəbər verir ki, bunu iyunun 30-da Slovakiyanın xarici işlər naziri Yuray Blanar deyib.

“Gəlin beynəlxalq hüquqa hörmətə qayıdaq və Rusiya Federasiyası ilə əlaqə qurmağın yollarını axtaraq”, - deyə siyasətçi Teraz nəşrindən sitat gətirib.

Diplomatın fikrincə, münaqişənin həllini yalnız diplomatiya yolu ilə tapmaq olar. Blanar əlavə edib ki, hazırda dünya beynəlxalq hüququn “eroziyasını” yaşayır.