Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulu bir sıra ölkələrlə fikir ayrılığı səbəbindən təxirə salınır.
1xeber.media xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Nəşrin məlumatına görə, bu barədə yekun qərar iyulun 1-də Danimarkanın birliyə sədrliyi dövründə verilə bilər.
Hazırda sanksiyalar paketinin qəbulu Slovakiya və Macarıstan tərəfindən gecikdirilib. Hər iki ölkə Avropa Komissiyasından (AK) enerji təminatı tələb edib. Xüsusilə, Slovakiya, nəşrin yazdığı kimi, REPowerEU proqramı - Aİ-nin Rusiya qazından imtina planı üzrə güzəştlər almaq istəyi çərçivəsində sənədi imzalamaqdan imtina edir.