Вернуться назад Распечатать

Ermənistan və Aİ müdafiə sektorunda əməkdaşlığı müzakirə edirlər - Mirzoyan

Ermənistan və Avropa İttifaqı (Aİ) təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə etməyə başlayıb.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin diplomatiya rəhbəri Kaja Kallas ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O, məsləhətləşmələrin başlanmasını müasir çağırışlara cavab verən ikitərəfli əməkdaşlığın qurulmasında mühüm addım adlandırıb.

“Mən Ermənistanın dayanıqlığının gücləndirilməsinə, demokratik təsisatların daha da inkişafına yönəlmiş əməkdaşlığı xüsusi vurğulamaq istərdim ki, bura hibrid təhdidlər və dezinformasiya ilə mübarizə kimi sahələri də əhatə edir”, - Armen Press Mirzoyanın sözlərini sitat gətirir.