Rusiya “Sputnik Azərbaycan”ın Bakı ofisində keçirilən əməliyyata münasibət bildirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
“Biz iki saatdan artıqdır, Rusiya vətəndaşı olan jurnalistlərlə əlaqə saxlaya bilmirik. Buna görə narahatıq. Azərbaycandakı səfirliyimiz hələ məlumatlandırılmayıb”, – deyə o bildirib.
Qeyd edək ki, DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirib. Artıq FTX-nin iki agentinin saxlanıldığı bildirilir.