Ermənistanla Avropa İttifaqının (Aİ) yaxınlaşması ilə bağlı bəyanatlar əsassızdır, çünki Aİ yeni üzvlərlə maraqlanmır.
1xeber.media xəbər verir ki, bunu iyunun 30-da “İzvestiya”ya Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş rəhbəri, Müstəqillik Hərəkatının rəhbəri, iqtisadçı ekspert Edqar Kazaryan deyib.
"Avropaya belə bir yol yoxdur. Çünki Avropa İttifaqı Ermənistan da daxil olmaqla, təşkilatın yeni üzvlərinin olmasını istəmir. Ermənistan özü də Avropa İttifaqına üzv olmaq arzusunu bildirir, amma bunun da heç bir əsası yoxdur. Yəni bunlar boş bəyanatlardır və orada heç nə yoxdur", - Kazaryan bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda Aİ ilə münasibətləri inkişaf etdirməyə can atmır. Əvəzində sadəcə olaraq Rusiya və digər strateji tərəfdaşlarla münasibətləri pozur.