ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş iyulun 7-də baş tutacaq.Amerika lideri İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid X sosial şəbəkəsində İsrail rəsmisinə istinadən məlumat verib.
“Prezident Tramp bazar ertəsi Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edəcək”, – Ravid yazıb. O, heç bir təfərrüat verməyib.
Bundan əvvəl Netanyahu toxunan dəstəyinə görə Trampa təşəkkür edib və ona qarşı məhkəmə prosesini ləğv etməyə çağırıb.