Вернуться назад Распечатать

Donald Tramp Suriyaya qarşı sanksiyalar proqramının ləğv edəcək

Yaxın saatlar ərzində ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyalar proqramının ləğvi barədə sərəncam imzalayacaq. Lakin Amerika administrasiyası keçmiş prezident Bəşər Əsəd və onun tərəfdaşlarına tətbiq edilən məhdudiyyətləri qüvvədə saxlayacaq.


1xeber.media məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən brifinqdə bildirib.


Kerolayn Livit qeyd edib:

“Prezident Suriyaya qarşı sanksiyalar proqramını dayandırmaq üçün sərəncam imzalayacaq. Bu, ölkənin sabitlik və sülhə doğru irəliləyişinə dəstək verməyə yönəlmiş səydir. Sərəncam Suriyaya qarşı sanksiyaları aradan qaldıracaq, eyni zamanda keçmiş prezident Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyalar qüvvədə qalacaq.”