Вернуться назад Распечатать

Yəhudilərə terror hazırlayan İran casusu saxlanıldı

Danimarka hüquq-mühafizə orqanları ölkə  vətəndaşını İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilərək saxlayıblar.

Bu barədə “Associated Press” Almaniya prokurorluğuna istinadən məlumat yayıb.

Mətbuatda adı “Əli S.” kimi keçən şəxs iyunun 27-də Orhus şəhərində həbs  olunub. Almaniya prokurorluğunun məlumatına görə, o, Berlindəki yəhudi icmasının toplaşdığı yerlər və konkret şəxslər barədə məlumatlar toplayıb. Bu məlumatların ehtimal olunan hücumlara hazırlıq məqsədilə əldə edildiyi bildirilir.

Şübhəli şəxs hazırda Almaniyaya ekstradisiya edilməsini gözləyir. İstintaq müəyyən edib ki, o, iyun ayında Almaniya  paytaxtında üç şəxsi mülkiyyət obyektini izləyib.