Вернуться назад Распечатать

Zelenski Səfərov qardaşlarına görə Prezidentə zəng etdi

 

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.

1xeber.media xəbər verir ki, bu haqda Ukrayna liderininin teleqram kanalında məlumat yayılıb.

Zelenski Azərbaycan liderinə Ukrayna xalqına dəstəyə görə təşəkkür edib. Həmçinin Rusiyanın soydaşlarımıza qarşı kobud rəftarına görə Azərbaycan xalqına açıq dəstəyini ifadə edib.

Səfərov qardaşlarının Rusiya ərazisində qətlə yetirilməsi ilə bağlı ölkəmizə başsağlığı verib:

“Əminəm ki, bütün faktlar aydınlaşacaq. Və ədalətə ehtiyac var”.