Вернуться назад Распечатать

Bu proseslər Rusiya Azərbaycandan ÜZR İSTƏYƏNƏ kimi davam EDƏCƏK

 

1xeber.media  xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz TV Müsavat-ın canlı efirində aparıcı Emil Salamoğlunun qonağı olaraq Rusiya-Azərbaycan münasibətləri barədə fikirlərini bölüşüb.

Oğuz bildirib: "Bu proseslər Rusiyanın axırda, belə deyək, Azərbaycan qarşısında öz səhvlərini başa düşməsi ilə nəticələnəcək. Mən sizə deyirəm ki, Azərbaycanın hakimiyyəti öz mövqeyindən geri çəkilməyəcək".

Siyasi şərhçi əlavə edib: “Niyə geri çəkilməyəcək? Çünki gücümüz var. Siz deyirsiniz ki, gücünüz var, biz də deyirik ki, bizim də gücümüz var və bizim gücümüz Rusiyanın gücündən az deyil". 

 

Musavat.com