Bu gündən ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar öz qüvvəsini itirib.
1xeber.media məlumatına, artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanları sökülüb və xətlərin silinməsi işlərinə başlanılıb.