Вернуться назад Распечатать

Kreml Makronun Putinə verdiyi siqnallardan danışıb

Fransa prezidenti Emmanuel Makron Vladimir Putinlə telefon danışığı zamanı yeni ərazi reallıqları nəzərə alınmaqla Ukraynadakı münaqişənin sülh yolu ilə həlli şərtlərini müzakirə etməyə hazır olması barədə heç bir siqnal verməyib.

1xeber.media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

"Xeyr, prezident Makron belə siqnallar vermədi, dövlət başçıları kifayət qədər ətraflı fikir mübadiləsi apardılar. Bu, bir-birinin mövqeyini çatdırmaq üçün yaxşı fürsət idi", - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Peskov əlavə edib ki, prezidentlər arasında söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub və iki saatdan çox davam edib.

İyulun 1-i axşam saatlarında Vladimir Putin Emmanuel Makronla telefon danışığı aparıb. Ölkə liderləri arasında söhbətin əsas mövzuları İsrail və İran arasında münaqişə, Amerikanın İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı vəziyyət olub. Müzakirə zamanı Rusiya lideri vurğulayıb ki, Qərb uzun illərdir Rusiyanın maraqlarına məhəl qoymur və hazırda Ukraynada münaqişəni uzatmaq siyasəti yürüdür.