Вернуться назад Распечатать

Venesuelada Kalaşnikov avtomat patronu zavodunun birinci mərhələsi tikilib

“Rostec” Dövlət Korporasiyası Venesuelada “Kalaşnikov” avtomatları (AK) üçün patron istehsalı zavodunun birinci mərhələsinin tikintisini başa çatdırıb.

1xeber.media xəbər verir ki, bu barədə məlumat iyulun 2-də korporasiyanın rəsmi saytında dərc olunub.

“Rostec Dövlət Korporasiyasının şirkəti olan “Rosoboroneksport” Venesuelada “Kalaşnikov” avtomatları üçün 7,62 mm-lik patronların istehsalı üzrə zavodun birinci mərhələsinin tikintisini başa çatdırıb”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, müəssisə ildə 70 milyonadək patron istehsal edə biləcək və dörd müasir istehsal xətti ilə təchiz olunacaq ki, bu da Venesuelanın müdafiə potensialını əhəmiyyətli dərəcədə artıracaq.