Вернуться назад Распечатать

ABŞ Ukraynaya silah tədarükünü dayandırdığını təsdiqləyib

Vaşinqton Kiyevə silah tədarükünü dayandırıb.

1xeber.media xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox News” telekanalında deyib.

"İlk növbədə, biz Birləşmiş Ştatların ehtiyacları ilə maraqlanmalıyıq. Pentaqon həmişə bunu edir - ABŞ-ın güc proyeksiyası üçün lazım olan strateji müdafiə imkanlarına malik olduğundan əmin olur", - amerikalı diplomat deyib.