Вернуться назад Распечатать

Sumqayıtda hamilə qadın qəfil ÖLDÜ

Sumqayıt sakini qəflətən vəfat edib.

1xeber.media "qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1983-cü il təvəllüdlü X.Musayeva yaşadığı evdə qəfil ölüb.

Onun bir neçə aylıq hamilə olduğu bildirilib.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.