Вернуться назад Распечатать

İran mərkəzi və qərb bölgələri üzərindən tranzit uçuşlar üçün hava məkanını bağlayır

İran ölkənin mərkəzi və qərb bölgələri üzərindən tranzit uçuşlar üçün hava məkanını bağlayıb.

1xeber.media xəbər verir ki, bu barədə iyulun 2-də Yol və Şəhərsalma Nazirliyinə istinadən Mehr Telegram kanalı məlumat yayıb.

“Mövcud vəziyyətdə Mülki Aviasiyanın Təşkili və Təhlükəsizliyin Yoxlanması Koordinasiya Komitəsinin qərarına əsasən, ölkənin mərkəzi və qərb yarısının səması yenidən beynəlxalq uçuşlar üçün bağlanıb”, - deyə məlumatda bildirilir.

Buna baxmayaraq, ölkənin şərq rayonları üzərindəki hava məkanı daxili, beynəlxalq və İrandan tranzit uçuşlar üçün açıqdır.