Birləşmiş Ştatlar Ukrayna üçün nəzərdə tutulan bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarə olunan hərbi sursatların tədarükünü yarımçıq dayandırıb.
1xeber.media xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbəyə istinadən məlumat yayıb.
“Silahların bir hissəsi çatdırılma dayandırılarkən artıq Ukraynaya gedirdi”, - mənbə bildirib.
Qəzetin yazdığına görə, silah tədarükünün dayandırılması ilə bağlı qərar iyunun əvvəlində verilib, ancaq indi qüvvəyə minib.
Bundan əvvəl ABŞ öz ehtiyatlarının azalmasından ehtiyat edərək Kiyevə silah tədarükünü dayandırmışdı. Bu məlumatı ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker təsdiqləyib.