Zığ – Aeroport yolunun doğru xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
1xeber.az-ın məlumatına görə, bu barədə tanınmış mexanik Sahil Ağabəyli görüntülər paylaşıb.
O iddia edib ki, sözügedən ərazidə MİDA-nın Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib. Lakin buradan dönəndə, yanlız Zirə Dəniz limanına, sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür: