Вернуться назад Распечатать

Mübariz Mənsimovun Azərbaycandakı şirkəti "PalFood" MMC-nin vergi borcu üzə çıxıb

 

“PalFood” MMC-nin 127 min manatlıq vergi borcu üzə çıxdı

“Palmali Holdinq” şirkətlər qrupuna daxil olan və “PalSüd” süd və süd məhsulları brendinin sahibi olan “PalFood” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu üzə çıxıb.

Məlumata görə, şirkətin vergi orqanlarına 127515.21 manat məbləğində borcu var.

Qanuni təmsilçi və şirkətin direktoru Firdovsi Cahangirov Aslan oğludur.

Xatırladaq ki, Firdovsi Cahangirov bir müddət əvvəl Palmali Holdinqin sahibi Mübariz Mənsimova kirayə həyatından qurtulmaq üçün evlə təmin olunması ilə bağlı etdiyi müraciətlə gündəmə gəlmişdi.