Вернуться назад Распечатать

Faktiki hava şəraiti açıqlandı

 İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.


Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.


Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.