Вернуться назад Распечатать

Putin və Tramp bir saat telefonda danışdı

ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin hazırda telefon danışığı aparır.

1xeber.media xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, telefon danışığının yekunları ilə bağlı mətbuata əlavə məlumat veriləcək.

***

Tramp və Putin arasında telefon danışığı təxminən bir saat davam edib.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında deyib.

“Təxminən bir saat davam edən telefon danışığı indicə başa çatdı”, - deyə o bildirib.