Вернуться назад Распечатать

Emin Rusiyadakı konsertini ləğv etməsinin səbəbini açıqladı

Müğənni və iş adamı Emin Ağalarovun iyulun 6-da Svetloqorsk şəhərinin “Yantar” zalında keçirilməsi planlaşdırılan konserti iş qrafikindəki dəyişikliklə əlaqədar bir il müddətinə təxirə salınıb.

1xeber.media teleqraf-a istinadla xəbər verir ki, bu barədə ifaçı TASS-a müsahibəsində deyib.

“İş qrafikimizdəki dəyişikliklə əlaqədar olaraq iyulun 6-da Svetloqorskun “Yantar” zalında keçirilməsi nəzərdə tutulan konserti təxirə salmağa məcburuq. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Svetloqorska gəlməyi çox istəyirəm, konsert mütləq 2026-cı ildə baş tutacaq”, - Emin bildirib.

Müğənni qeyd edib ki, zalın populyarlığı səbəbindən yaxın tarixləri razılaşdırmaq mümkün olmayıb.

Xatırladaq ki, Yekaterinburqda azərbaycanlılara təzyiq fonunda Emin Ağalarovun konserti təxirə salması sosial şəbəkələrdə müzakirələr doğurub.