Вернуться назад Распечатать

İranda Netanyahu və Trampı öldürənə nə qədər pul veriləcək?

İranlı din xadimi Tramp  və Netanyahunun öldürülməsi üçün vəsait toplayır.

Bu barədə “The Telegraph” nəşri yazıb.

Bildirilir ki, iranlı din xadimi Əbdülməcid Haraqani Tramp  və Netanyahuya sui-qəsd üçün pul  yığmağa başlayıb.

Onların həyatlarının dəyəri 10-20 milyon dollar dəyərləndirilir və bu pul muzdlu qatilə ödəniləcək.

Haraqani iranlıları kampaniyanı dəstəkləməyə çağırıb və vurğulayıb ki, düşmən liderlərinin zərərsizləşdirilməsi sadəcə hərbivəzifə   deyil.