Rusiya ilə Qərb arasında münasibətlərdəki gərginlik görünməmiş həddə şatıb.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov deyib ki, Qərb ölkələri Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışır.
“Vəziyyət həqiqətən görünməmiş həddədir. ABŞ başda olmaqla kollektiv Qərb göstərir ki, o, Rusiyanı sıxışdırmaq, strateji cəhətdən məğlub etmək üçün hər şeyi etməyə hazırdır”, – Peskov jurnalist Pavel Zarubinlə söhbətində qeyd edib.