Zərurət yaranarsa, İranla danışıqlarda iştirak etməyə hazıram.
1xeber.media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Vaşinqton Tehrana daha çox ziyan vurmaq niyyətində deyil.
"İran danışmaq istəyir. Düşünürəm ki, onlar mənimlə danışmaq istəyirlər və bunun vaxtı çatıb. Yəni onların görüşmək istədiklərini bilirəm. Lazım gələrsə, bunu edəcəm. Amma Stiv Uitkoff İranla danışıqlarda dərindən iştirak edir. Və o, fantastik iş görür", - Tramp qeyd edib.