Вернуться назад Распечатать

DİM sədri: Bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq

 

Gələcək 5 ildə bütün imtahanların elektron şəkildə keçirilməsini nəzərdə tuturuq.

1xeber.media APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

"Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən isə müəyyən problemlər yaradır. Belə sistem bütün dünyada mövcuddur", - Məleykə Abbaszadə əlavə edib.

O bildirib ki, bəzən bəzi imtahanlarda müəyyən dələduzluq məsələləri olur:

"Elektron formaya keçəndə belə halların olmasını istəmirik. Məhz buna görə də bu sistemə yavaş-yavaş keçid edirik".