Вернуться назад Распечатать

Ermənistanda arxiyepiskopların aclıq aksiyası elan edilib

Ermənistanda həbs edilən Erməni Apostol Kilsəsinin ruhaniləri aclıq aksiyası keçirmək qərarına gəliblər.

1xeber.media xəbər verir ki, bu barədə TASS onların hüquq qrupuna istinadən məlumat yayıb.

"Sabah Ermənistanda Konstitusiya Günüdür. Bizə qarşı yönəldilmiş konstitusiyaya zidd hərəkətlərə etiraz olaraq, bir günlük aclıq aksiyası keçirmək qərarına gəldik", - hüquqşünaslar qrupu din xadimlərinin mesajını bildirib.

Bundan əvvəl Erməni Apostol Kilsəsi respublika hakimiyyətinin Patriarxal taxtına və kilsənin prinsiplərinə müdaxiləsini qəbuledilməz adlandırıb. ÜAK hakimiyyəti həbsdə olan bütün ruhaniləri azad etməyə və müstəsna olaraq qanun çərçivəsində hərəkət etməyə çağırıb.