Вернуться назад Распечатать

"Səs Azərbaycan"ın iştirakçısı ABŞ-Meksika sərhədində öldürüldü

 Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.


1xeber.media xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.


"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.


Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.