Вернуться назад Распечатать

Ukrayna PUA-ları Rusiyanın hərbi zavodunu vurdu

 Ukrayna PUA-ları Rusiyaya məxsus "VNİİR-Proqress" hərbi-sənaye müəssisəsinə zərbələr endirib.


1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Məlumata görə, sözügedən zavodda “Şahid” PUA-ları və "İsgəndər" raketləri üçün nəzərdə tutulan "Kometa" tipli anten qoruyucuları istehsal olunur.


Hücumun təfərrüatı barədə məlumat verilməyib.