Вернуться назад Распечатать

ABŞ Respublikaçıların Maskla bağlı narahatlıqlarından danışıb

Amerika Respublikaçılar Partiyasının üzvləri milyarder İlon Maskın 2026-cı ildə Konqresə keçiriləcək aralıq seçkilərində mövqelərini zəiflədə biləcəyindən ehtiyat edirlər.

1xeber.media xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Son həftələrdə məşhur sahibkar borc tavanının 5 trilyon dollar artırılmasını nəzərdə tutan dövlət xərclərinə dair qanun layihəsini dəstəkləyən respublikaçıları tənqid edib.

"Respublikaçılar Maskın bəyanatlarını qeyri-konstruktiv hesab edirlər. Əgər bu təhdidlər həyata keçirilərsə, bu, tarixən hakim partiya üçün əlverişli olmayan şəraitdə resursların yayındırılmasına səbəb ola bilər", - məqalədə vurğulanır.

Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın federal büdcə haqqında “böyük gözəl” qanun layihəsini imzaladığı məlum olub. Buna cavab olaraq Elon Mask siyasətçinin qanun layihəsini bir daha tənqid edib. O, həmçinin ABŞ-ı təkpartiyalı ölkə adlandırıb.