1xeber.media xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte rus dilini öyrənməlidir.
Bu məsləhəti avropalı siyasətçiyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial şəbəkəsində Rusiyanın Çinin Tayvana hücumunda iştirakı ilə bağlı fikirlərini şərh edərkən verib.
"Rutte açıq-aydın hollandların çox sevdiyi çoxlu sehrli göbələk yeyib. O, Çin və Rusiya arasında Tayvanla bağlı sövdələşməni, daha sonra isə Rusiyanın Avropaya hücumunu görür", - Medvedev yazıb. O əlavə edib ki, baş katibin haqlı olduğu yeganə məsələ rus dilini öyrənməsidir.