Вернуться назад Распечатать

Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir

İyulun 4-də isə Azərbaycanda, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib. Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir.


Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin Təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Bu tədbir Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkənin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək. Eyni zamanda, Azərbaycanın təklif etdiyi yeni əməkdaşlıq formatlarının və layihələrin ECO məkanında həyata keçirilməsi üçün əlverişli imkanlar formalaşacaq.


 Xankəndidə keçirilən Zirvə Azərbaycanın ECO-da təşəbbüskar mövqeyə malik olduğunu və regional əməkdaşlığa verdiyi praktiki töhfələrin yüksək
dəyərləndirildiyini bir daha sübut edir. İllərlə işğal və separatizmin qaranlığında qalmış Xankəndi indi əməkdaşlıq və sabitlik gündəminin mərkəzinə çevrilir. Azərbaycanın irəli sürdüyü yeni diplomatik strategiya - sülh vasitəsilə inkişaf və infrastrukturla diplomatiya - Xankəndidə reallığa çevrilir. Qarabağda Özbəkistan tərəfindən tikilmiş məktəb, Bakıda salınacaq “Özbəkistan parkı” və səfirlik binası bunun nümunələridir. Azərbaycanın təklif etdiyi “3+3” əməkdaşlıq formatı da ECO regionu üçün yeni imkanlar açır. Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri - yaşıl enerji zonaları, “ağıllı şəhər”lər, ekoloji layihələr - bu zirvənin ruhuna tam uyğundur. Sammitdə iştirak edən 13 üzv ölkənin dövlət və hökumət
başçıları bu prosesə daha sıx cəlb olunur. Artıq Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bölgənin bərpasına konkret töhfələr veriblər. Zirvə isə bu əməkdaşlığı daha da genişləndirmək üçün əlverişli platformadır.


ECO-nun Təmiz Enerji Mərkəzi Azərbaycanda yerləşir və regionda enerji transformasiyasını təşviq edir. Prezident İlham Əliyev “yaşıl enerji”ni ölkənin əsas prioritetlərindən biri elan edib və Xankəndidə də bunun əyani nümunələri yaradılır. Qarabağın yaşıl enerji potensialı çox yüksəkdir və artıq “ağıllı şəhər” layihələri həyata keçirilir. Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələr arasında nəqliyyat və logistika layihələri xüsusi əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı regionu daha da yaxınlaşdırır. İƏT-in “2025-ci ilə qədər Perspektivləri” sənədində də məhz Azərbaycanın
təşəbbüsü ilə irəli sürülən nəqliyyat və enerji layihələri ön plana çıxarılır.

Şübhəsiz ki, bu tədbir də Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Sammit göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir platformadır. Və ən əsası, burada milyonların taleyinə təsir edəcək qərarlar qəbul olunacaq. Geniş mənada, Xankəndi Sammiti Azərbaycanın beynəlxalq subyektivliyini daha da möhkəmləndirəcək.


Niyaməddin Məmmədov,
Sabirabad rayonu Qaralar bələdiyyəsinin sədri