Вернуться назад Распечатать

Tanınmış iş adamı bu maddə üzrə ittiham olunur

 Gürcüstan Prokurorluğu biznesmen Giorgi Ramişvilini qanunsuz olaraq odlu silah saxlamaqda ittiham edib.


1xeber.media xəbər verir ki, Prokurorluğun məlumatına görə, iyulun 6-da Tbilisi Beynəlxalq Hava Limanının yola salınma terminalında rentgen müayinəsi zamanı təqsirləndirilən şəxsin əl yükündən maqazin və 7 patronla birlikdə 9 mm çaplı “WALTHER PPK/S” markalı tapança aşkar edilib.



Prokurorluq Ramişvili barəsində həbs qətimkan tədbirinin seçilməsini tövsiyə edib. İş adamını 4 ildən 7 ilə qədər həbs gözləyir.