Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın səfiri Qurgen Arsenyanla görüşü zamanı Rusiya ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruri olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 7-də Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Söhbət zamanı diplomatik missiyanın rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi ilə bağlı mövqe bildirilib”, - məlumatda deyilir.
Bundan əlavə, nazir müavini və səfir ikitərəfli və regional gündəliyin bir sıra məsələlərini, həmçinin Rusiya-Ermənistan təmaslarını müzakirə ediblər.