ABŞ avqustun 1-dən ölkəyə idxal edilən bütün Koreya və Yaponiya mənşəli mallara 25% rüsum tətbiq edəcək.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 7-də ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ABŞ Koreya və Yaponiya ilə ticarəti davam etdirməyə hazırdır, lakin daha balanslı münasibətlərə nail olmaq niyyətindədir. O qeyd edib ki, yeni tariflər bu ölkələrin tarifləri və digər siyasətləri nəticəsində yaranan uzunmüddətli ticarət kəsirini kompensasiya etməlidir.
Məktubda o, rüsumların sənaye tariflərindən ayrı olaraq bütün mallara şamil ediləcəyini və yeni tədbirlərdən yayınma cəhdlərinin əlavə ödənişlərə səbəb olacağını vurğulayıb.